Operativ Qərargah daha bir məlumat yaydı

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 18 339 vaksin vurulub.

Müstəqil.az-a Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 3783, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 14 556nəfərdir.

Ölkədə vurulan vaksinlərin ümumi sayı 1 705 906, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 1 009 487, ikinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı isə 696 419 təşkil edir.(Publika.az)

Share:

Author: admin