Zelenski Krımla sərhəddə

Ukrayna Prezidenti Vladimir Zelenski Krımla sərhəddə yerləşən Herson bölgəsindəki hərbi mövqelərə baş çəkib.

Müstəqil.Az yerli KİV-ə istinadən bildirir ki, mövcud duruma nəzər salan dövlət başçısı hərbçilərlə söhbətləşib.

“Rusiya qoşunları sərhəddən uzaqlaşıb. Lakin biz hər an onların qayıdışına hazır olmalıyıq”, – deyə Zelenski söhbət zamanı bildirib.

Ukrayna Prezidentinin mətbuat xidmətinin məlumatına görə, Zelenski Xersonda Krımla sərhəddə, Xerson, Zaporojye, Donetsk, Odessa və Nikolaev bölgələrində təhlükəsizlik məsələsi  ilə bağlı müşavirə də keçirəcək.

Müstəqil.Az 

Share: