Zibilərin arasından Atatürkün fotosu çıxdı – Müdir işdən uzaqlaşdırıldı

Türkiyədə zibil konteynerindən Atatürk posteri və Türk İstiqlal marşının yazıldığı tablo çıxıb.

Müstəqil.Az  xəbər verir ki, portret və tablo Denizlinin Pamukkale səmtindəki Doğan Demircioğlu adına məktəbin qarşısındakı zibil konteynerindən tapılıb.

Vəziyyətdən xəbərdar olan polislər hadisə ilə əlaqədar istintaq başladıb. Atatürkün portreti və İstiqlal marşının yazıldığı tablo səlahiyyətlilər tərəfindən olduğu yerdən götürülüb.

Qeyd edək ki, mövzu ilə əlaqədar olaraq məktəb direktoru R. Ö. vəzifəsindən azad edilib.

Müstəqil.Az 

Share: