Acun İngiltərədən klub alır

Türkiyənin tanınmış prodüser və aparıcısı Acun İlicalı sponsoru olduğu Hollandiyanın “Fortuna Sittard” futbol klubu ilə vidalaşıb.
 
Müstəqil.Az xəbər verir ki, “Acun Media”nın sahibi olan iş adamı İngiltərə klubu almaq niyyətindədir.
Bu barədə İlicalı özü məlumat verib.
“Futbola olan sərmayəmizi İngiltərədə klub alaraq davam etdirmək niyyətindəyik. Bir çox uğur yaşadığımız “Fortuna Sittard” klubu ilə vidalaşdıq. Aşağı sıralarda yer alan klubu yaxşı yerlərə gətirdiyimizi düşünürəm. Klubda çalışan gözəl insanlara uğurlar arzu edirəm”, – deyə Acun sosyal şəbəkə hesabı üzərindən qərarını açıqlayıb.
Müstəqil.Az 
Share: