SON DƏQİQƏ! Rusiya Qarabağla bağlı açıqlama yaydı

Dağlıq Qarabağda bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası istiqamətində Rusiya, Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinlərinin üçtərəfli işçi qrupunun iclası yaxın vaxtlarda keçirilə bilər.

Oxu24.com -un  TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə bu gün Rusiya Xarici İşlər Nazirliyi (XİN) məlumat yayıb.

Qeyd olunub ki, Dağlıq Qarabağ nizamlanma prosesinin qərəzsiz və məsuliyyətli şəkildə həlli Rusiyanın Cənubi Qafqazda xarici siyasətinin prioritet istiqamətlərindən olub və qalmaqdadır.

Xatırladaq ki, ötən gün RBK Azərbaycan, Rusiya və Ermənistan Baş nazirlərinin müavinlərinin görüşünün bu gün Moskvada keçiriləcəyi barədə məlumat yayıb.

 

Share: