Mübariz Mədətova hədiyyə etdiyim maketlərə görə… – Gənc dənizçi

Xəbər verdiyimiz kimi, “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyi Müstəqil.Az saytı ilə birgə müxtəlif layihələrə start verib. Belə layihələrdən biri də, dənizçilərimizin istedadlarını tanıtmaq, ictimailəşdirməkdir. Belə dənizçilərdən biri də “Şahdağ” gəmisinin 2-ci mexanniki Vüqar Musayevdir. dənizçilik sənəti ilə yanaşı müxtəlif qurğuların, gəmilərin və əşyaların maketini hazırlamaqla məşğul olan Vuqarla Müstəqil.Az-ın müsahibəsini təqdim edirik:

– Vuqar, dənizçi həyatı, dənizlə ümsiyyək necədir?

-Faiq müəllim, kim necə başa düşər, bilmirəm. Mən isə səmimi deyirəm, dənizçi həyatı, dənizçilik peşəsi, dənizdə işləmək mənim üçün maraqlı və ürəkaçan olmasaydı, burada qalmazdım. Hər şey yaxşıdır.

Özün haqda məlumat verməyini istərdim?

-Mən Musayev Vüqar Mustafa oğlu 1985-ci ildə Bakı şəhərində anadan olmuşam. 2006- cı ildə Azərbaycan Dəniz Balıq Sənayesi kollecində “Gəmilərin təmiri” ixrisası üzrə təhsil almişam. 2011- ci ildə kolleci bitirmişəm. Həmən il yenidən ADBS kollecinde “Gəmi energetik qurğulları üzrə” ikinci ixtisas üzrə təhsil almib 2013-ci ildə bitirmişəm. Hal-hazirda XDND idarəsinin “Şahdağ” gəmisində 2-ci mexannik vəzifəsində çaışıram.

-Müstəqil.Az və “DSD” İB nin birgə hazırladığı lahiyələrdən biri də dənizçilərimizin istedadları, görünməyən tərəfləri haqda oxucuları məlumatlandırmaqdır. İxtisasca mexanniksən. Daha hansı əylncəniz, xobbiniz var?

-DSD İB-nin səhifəsində,  Müstəqil.Az saytında, sosial şəbəkələrdə, feysbuk səhifənizdə sizin fəaliyyətinizi izləyirəm. Çox maraqlı və marifləndirici paylaşmalar edirsiz. Düz deyirsiz ixtisasca mexanikəm demək olar uşaqlıqdan bu peşəyə həvəsim var. İstirahət vaxtlarımda idman etməyə və dini kitablar oxumağa üstünlük verirəm.
Bildiyimiz kimi sən taxta və odun parçası üzrə oyma işləri ilə də məşğulsuz. Daha çox hansı fiqurlrı hazırlayırsan?
 -Bu bir hobbidir. Maketlər hazırlayıram, bir qədər də özümü, sənətimi təkmilləşdirirəm. bu mənim ən yaxşı və rahat əyləncəmdir, desəm, şübhə edilməsin gərək.
– Dənizçi olduğuna görə gəmi maketlerinin hazirlanmasına daha çox diqqət ayirirsan. Bu haqda bəzi məlumatlar verərdin?
-Dənizçi peşəsinin sahibi olduğuma görə əsasən gəmi maketlerərinin hazirlanmasına üstünlük verirəm. Onu da deyə bilərəm ki, qardaşımla hazirladığım gəmi maketləri beynalxalq təhsil sərgisində numayiş olunub. Təhsil aldığım Azərbaycan Dəniz Balıq Sənayesi kollecini də layiqli təmsil etmişəm və fəxri fərman ilə təltif olunmuşam.
– Eşitdiyimə görə mərhum rəis Mübariz Mədətova bir neçə maket hədiyyə vermisən. Reaksiyası nece olub?
-Düz buyurursuz. Allah Mübariz müəllimə qəni-qəni rəhmət eləsin, ruhu şad olsun, çox gözəl və mürdük insan idi. İxtisasıma uyğun olaraq işləməyimə köməklik göstərmişdi. Mən də çalışdığım “953 sayli üzən tərsanə” və “Giofizik” gəmisinin maketini hazirlayib mərhum Mübariz müəllimə hədiyyə olaraq vermişdim. Reaksiyası çox gözəl oldu, bizimlə səmimi sohbətlər elədi. Onu da qeyd edim ki, Mübariz müəllimə hədiyyə etdiyim maketlərə görə onun mənə maddi  dəstəyi də olmuşdur.
-Bəs AXDG QSC rəhbərliyi, yaxud digər təşkilatlar sənin bu bacariğından xəbərdardirmı?
-Bəli, Faiq bəy, xəbrdardılar. Hətda 2016- cı ildə “Atllet-5” gəmisinin maketini hazırlayıb qərara gəldim ki, bunu AXDG QSC sədri  Rauf müəllimə təqdim edim.
-Etdinmi?
-Əlbəttə. Həmən ilin yay aylarında Rauf müəllimin qəbulunda oldum və duzətdiyim maketi hədiyyə olaraq ona təqdim etdim. Çox yaxşı qarşıladı və qəbul etdi. Həmən gün deyilənlərin doğru olduğu qənaətinə gəldim. O, görüşdə oğurdan da Rauf müəllimin gənc və istedadlı dənizçilərin hər zaman yanında olduğunum şahidi oldum. Buna və digər xeyirxah işlərinə görə bir daha Rauf müəllimə öz minaddarllğımı bildirəm.
– Çox güman ki, yenə də öz sevimli hobbinlə məşğulsan. De, hazırda hansı işin üstündə işləyirsən?
– Hal-hazırda işlədiyim “Şahdağ”və “Sumqayıt” gəmilərinin maketlərinin hazirlanması qərarına gəmişəm. Ümüd edirəm ki, düzətmək istədiyim bu gəmilər böyük marağa səbəb olacaq.
– Gələcək planların haqda danışarsanmı?
– Hər bir dənizçinin gələcəklə bağlı arzuları var. Bu ixtisasa, dənizçiliyə   matorçu vəzifəsindən başlamışam,  şükürlər olsun ki, hal-hazirda 2-ci mexanikəm. İşimi və peşəmi cox sevirəm. Arzumda odur ki, öz işimə görə həmişə birinci olum.
-Sənə uğurlar arzulayırıq.
Söhbətləşdi: F.Balabəyli
Share: