Azərbaycan vətəndaşlarına koronavirus “pasportu” verilə bilər

Azərbaycan vətəndaşının xarici ölkəyə səfəri zamanı ehtiyac yaranarsa, peyvəndlənməsinə dair ona təsdiqedici sənəd veriləcək.

 

Müstəqil.az xəbər verir ki, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib.

 

Qeyd olunub ki, peyvənd olunmuş şəxslərin cari qeydiyyatı elektron qaydada aparılacaq.

 

“Zərurət yarandığı halda, xarici ölkələrə səfər zamanı və ya digər səbəblərdən vətəndaş müraciət edərsə, təsdiqedici sənəd təqdim olunacaq”, –  deyə məlumatda bildirilib.

Share: