Azərbaycan əskəri – Rauf Sərxan

Azərbaycan əsgəri
 
Günəş şəfəqin saçar,
Ağaclar çiçək açar,
Düşmən qorxub hey qaçar,
Azərbaycan əsgəri,
Haray vurub gələndə.
 
Gözəl anlar yaşatdı,
Düşmən əcələ çatdı,
Son ümidi oyatdı,
Azərbaycan əsgəri,
Haray vurub gələndə.
 
İntiqam hissi sönməz,
Polad kimi əyilməz,
Heç bir qüvvə dözəmməz,
Azərbaycan əsgəri,
Haray vurub gələndə
 
Xarüqələr yaratdı,
İgidləri qanadlı,
Bayrağını ucaltdı,
Azərbaycan əsgəri,
Haray vurub gələndə.
 
Rauf Sərxan
Müstəqil.Az
Share: