Paşinyanın arvadı və qızı Rusiya vətəndaşlığı alacaq – İDDİA

Ermənistan baş naziri Nikol Paşinyanın ailə üzvləri Rusiya vətəndaşlığı alacaq.

Müstəqil.Az Ermənistan KİV-nə istinadən xəbər verir ki, hökumətdə olan mənbə baş nazirin arvadı Anna Akopyan və qızı Mariam Akopyanın  yanvarın 14-də Moskvaya gizli səfər edəcəyini bildirib.

 

Tam gizli saxlanılan səfər Paşinyanın ailə üzvlərinin Rusiya pasportu almasına hesablanıb.

 

Belə ki, Qarabağdakı sarsıdıcı məğlubiyyətdən sonra ciddi reytinq itirən Paşinyan özünün və ailə üzvlərinin təqib edilməsindən qorxur.  (Modern.az)

Share:

Author: admin