Qarabağ savaşının igid əskəri Arif Məhərrəmov haqqında …

  Azərbaycan Respublikasının Silahlı qüvvələrinin hərbi qulluqçusu Məhərrəmov Arif Xanoğlan oğlu  9 avqust 1988-ci ildə Tovuz rayonunun Çeşməli kəndində anadan olmuşdur.

1995-ci ildə, Gəncədə 17 saylı orta məktəbdə təhsil almağa başlayıb, 2006-ci ildə məktəbi bitirib Azərbaycan Texnologiya Universitetinə qəbul olunmuşdur.

2010-cu ildə universiteti bitirib həqiqi hərbi xidmətə yollanmış, 2011-ci ildə hərbi xidmətdəki vəzifəsini yerinə yetirib ordudan tərxis olunmuşdur.

2016-ci ilə kimi Azerimed və Treka MMC-də işləyib. 2016-ci ildən isə Azəraluminium MMC- də işləyir.

Ailəlidir , Yusif adında 2 yaşlı bir oğlu var.

Arif 2020-ci ilin sentyabrın 21-də döyüşlə bağlı təlimlərə çağırılıb, 27 sentyabrdan etibarən  Vətən uğrunda gedən 44 günlük qızğın döyüşlərdə öz silahdaşlarıyla birlikdə mərdliklə ,cəsarətlə vuruşub. Azərbaycan tarixinə qızıl hərflərlə, qürurla yazılan Qarabağ savaşının canlı iştirakçılarından, o torpaqların alınmasında xidməti olan, imzası olan igidlərdən biri olmuşdur.

Sin descripción disponible.

Murovdağ ,Cəbrayıllı, Qubadlı , Laçın istiqamətində gedən döyüşlərdə iştirak edən cəsur əskər Azərbaycan Respublikasinın Prezidenti İlham Əliyev tərəfindən medallarla təltif olunmuşdur.

Odun,alovun içindən çıxan,vətən daşını başının altında yastıq edən Arif bu gün qürur, sevinc, bir az da yaşadığı həssas günlərin duyğu dolu yükü altında ,ailəsinə, sevdiklərinin yanına qayıdıb. Onun oğlu Yusifə qürurla danışacağı döyüş xatirələri və ona, gələcək nəsillərə buraxacağı igidlik,  mərdlik və cəsurluqla dolu olan böyük bir vətən sevgisi var.

Bu gün bütün Azərbaycan Arif və onun kimi igid oğulları ilə  fəxr edir, şəhadətə yüksələn minlərlə vətən oğullarının ruhu qarşısında baş  əyir…

Xoş gəldin,igid əskər ! Müqəddəs saydığımız, 30 illik həsrətimiz olan o torpaqlara ilk qədəm atan Qarabağ qoxulu dönüşün mübarək, bizə vətəni gətirmək üçün özünü oda atan böyük ürəyinə sağlıq…

Sizinlə qürur duyuruq, Vətən oğulları!

Sənə və bütün silahdaşlarına sonsuz minnətdarlıq hissi ilə:

Aysel Səfərli

 

Müstəqil.Az 

Sin descripción disponible.

Sin descripción disponible.

 

Share: