Vətən müharibəsinin xanım şəhidi Arəstənin büstü hazırlandı – Fotolar

Azərbaycanın ərazi bütövlüyü uğrunda 44 gün davam edən Vətən müharibəsinin ilk və tək xanım şəhidi, hərbi tibb qulluqçusu Arəstə Baxışovanın büstü hazırlanıb.

Müstəqil.Az “Qafqazinfo”-ya istinadən  xəbər verir ki, büst gənc heykəltaraş Müstəqil Balayev tərəfindən hazırlanıb.

Arəstə Baxışova Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissəsində çalışıb.

O, oktyabrın 23-də Qubadlı döyüşləri zamanı şəhid olub.

Prezident İlham Əliyevin Sərəncamına əsasən Arəstə Baxışova ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

 


Share: