Onun duası təsnifdir,bu böyük xalqın dinləməyə alışmış olduğu təsniflərdən… – Aytən Nəsibli

Belə bir dua da olarmış.

Dualar  bizə ərəb dilində gəlib, klassik ərəb dili də o zaman yaranıb…Ona görə Quran ərəbcəsi müqəddəs dil sayılır.

Amma mən başqa bir dua da bilirəm, bu dua əskər duasıdır. Sadə əskər yox- Qarabağ üçün döyüşən və şəhid olan gənc aslanın duası…

Bəli, bu aslan çox həssas və duyğuludur, sacları qıvrımdır, üzündə qəmzəsi də var.

Sanki yaşamaq üçün deyil, bir gün nərə çəkib qala fəth etmək üçün, orada uca bir yerdə dayanıb məsum gülümsəməsi və məmnuniyyət hissi ilə əbədiyyət heykəli ucaltmaq üçün –  igid Azərbaycan əskərinin duasını  sevgi və məharətlə  ifa etmək üçün gəlmişdi dünyaya…

Onun duası təsnifdir, bu böyük xalqın dinləməyə alışmış olduğu təsniflərdən…

Burada, bu müqəddəs torpaqda bu təsnif duaya çevrildi.

Artıq bu dua duyğusuz,  təkrar , əzbər ritual deyildi ,bu dua qanla qarışmışdı və əskər qətiyyəti ilə möhürlənmişdi. Bizim hüceyrələrimizdəki genetik yaddaşımızı tərpədirdi, orada özünə yer edib əbədiyyən  bütün duyğularımızı təsir altında saxlayacaq və oraya yabancı molekulların girməsinin qarşısını alacaqdı.

 

Bu dua Azərbaycan xalqının duasıdır. O, göydən gəlib Xudayarı gözləyirdi.

Xudayar isə onu ifa edən kimi göylərə ucaldı, oradan ətrafa yayıldı, bəşəriyyəti tərpətdi.

Bəli,bu bizim kosmoqoniyadır – Azərbaycan duası

 

 

Aytən Nəsibli

 

Müstəqil.Az 

 

 

Xudayar Bərdə 1 saylı Musiqi Məktəbinin xanəndəlik sinfində oxuyurdu

Share: