Əsgəri üçün ölümə gedən komandir – Oğuz Alparslan, döyüş xatirələri

Polkovnik leytenant Nail Orucov. Astara rayonu.
Nail Orucov bizim Tabor komandiri idi. Əsgəri üçün ölümə gedəcək bir igid idi. Elə də oldu!
Yaxşı yadımdadır, telefonda set olduğunu görüb ailəsi ilə danışmaq istədi, sanki nəsə olacaqdı, ürəyi narahat idi. Həyat yoldaşı ondan ehtiyatlı olmasını istədi:
– Üç övladın var, özünü qoru, sağ-salamat qayıt.
   Cavab olaraq isə komandirim həyat yoldaşına:
– Mənim orda 3 övladım, burda isə 350 övladım var.
Allaha əmanət olun və evin çöl qapısından Bayraq asın – demişdi.
Sabahı səhərə yaxın ağır döyüş başladı. Qubadlı uğrunda Zirvə döyüşü…
Biz artıq Ermənistan sərhəddinə çatmışdıq. Zirvə döyüşü Ermənistan sərhəddində davam edirdi. Düzdü, Şəhidlərimiz də var idi, lakin erməni dığalarına göz açdırmırdıq. Tabor komandirimiz Nail isə daim bizimlə çiyin-çiyinə idi.
Artıq axşama doğru yaxınlaşırdıq. Sursatım tükənmək üzrə idi, tabor komandiri özünü mənə çatdırın sursat verdi, sonra isə “bəlkə bir qurtum suyun olar” dedi. Baxdım ki, həqiqətən də bir qurtum suyum qalıb. Suyu verdim içdi, sonra da gülməyə başladı, “su mədəmə çatmadı” – deyə.
Ayağa durub mövqe dəyişməmiz üçün əmr verdi.
Çünki qızğın döyüş gedən zirvədə həm də meşə yana-yana üstümüzə doğru gəlirdi. Ayağa qalxaraq mövqe dəyişmək üçün irəlilədik. Bir-iki addım atmışdıq ki, minamyotun səsi eşidildi. Tabor komandiri “Yatın” – deyə qışqırdı və özünü əsgərə çatdırıb onu kənara itələyərək ölümdən xilas etdi.
Lakin böyük partlayış səsi duyuldu, tüstü dumana qarışdı, saniyələr sonra Tabor komandirinin “Ya Allah” – dediyini eşitdik.
O, artıq Şəhid olmuşdu, əli alnında idi, qan üzünə axırdı. Lakin o yenə də gülümsəyirdi. Sanki şəhidlik zirvəsinə yüksəlməyi çoxdan gözləyirmiş və artıq arzusu çin olmuşdu…
O gündən sonra Qubadlı zirvəsini Polkovnik Orucov Zirvəsi adlandırdıq, sadiq əsgərləri olaraq.
Bilirik ki, sənin ruhun O zirvədən Azərbaycana, Qarabağa baxaraq sonsuzadək gülümsəyəcək.
Ruhun Şad Olsun, Komandir!
Sadiq əsgərin Oğuz AlpArslan
Müstəqil.Az
La imagen puede contener: 1 persona, exterior
Share: