O, dənizçi olmaq istəyirdi, döyüşçü oldu

Cəfərli Vasif Rəhman oğlu 1992-ci ildə Sumqayıt şəhərində anadan olub. Hərbiçi olmaq istəyib. 3 il Cəmşid Naxçıvanski adına hərbi liseydə təhsil aldıqdan sonra təhsilini davam etdirməyib.

Dənizçilik sahəsinə marağı yaranıb, ona gərə də dənizçilik məktəbini də bitirib. Axı o, dənizçi ailəsində doğulub boya – başa çatıb. Atası Rəhman kişi XDND-nin “Qaradağ-16” gəmisində  matorçu vəzifəsində çalışır.
Vasif II Qarabağ savaşına könüllü yola düşüb. Oktyabrın 5-dən düşmənlə ölüm-dirim savaşına qatılıb. Xüsusi təyinantlıların tərkibində kəşfiyyat dəstəsində komandir olub. 3 il hərbi liseydə təhsil alması onun döyüşdə fərqlənməsində rol oynayıb. Füzuli, Qubadlı, Şuşa uğrunda vuruşub, xüsusi qəhrəmanlıqlar göstərib. Döyüşdə özünü bacarıqlı və taktikalı komandir kimi göstərə bilməsi komandanlığın nəzərindən yayınmayıb. Ona leytenant rütbəsi verilib.
“Cəsur döyüşçü”  “Füzulinin azad olunmasına gərə” və “Qubadlının azad olunmasına gərə” medalları ilə təltif olunan cəsur döyüşçümüz Şuşa uğrunda gedən döyüşlərdə ağır yaralanıb.
Hazırda müalicəsi davam edir. Atası, oğlum torpaqlarımız tam azad olunub, suverinliyimiz bütün ərazilərimizdə təmin olunmayana qədər hərbi sahədə qalacağını, deyir.
F.Balabəyli
Share: