Sabir Rüstəmxanlı: “Kəndlərimizin çoxunda bankomat yoxdur”

Son günlər mənə bankomatlarla bağlı çoxlu zənglər gəlir. İnsanları narazlı salan narahatlıqlardan biri də bu məsələdir. Kəndlərimizin çoxunda bankomatlar olsa da , onlara pul qoyulmamasıdır.

Bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Sabir Rüstəmxanlı deyib:

“Dövlət əhali üçün pensiyaya pul ayırır, lakin bankomatlardan pulu götürə bilmir .Bu bankomatlar qoyulubsa, onlara pul qoyulmalıdır. İnsanlar növbəyə düzülür, məlum olur ki, pul yoxdur. 20-30 min nəfər sakini olan ərazilərdə heç bankomatlar da yoxdur. Bunun üçün onlar rayon mərkəzinə getməli olurlar. Bu işlər camaatı dövlətdən narazı salır. Buna nəzarət edən yəqin ki, qurumlar var. Bu məsələ araşdırılmalıdır”

Müstəqil.Az

Share: