Vətən müharibəsinin dənizçi qəhrəmanı, Şəhid Bayrı İmanov “Nazəndə sevgilim” mahnısını oxuyur – VİDEO

ASCO-nun Azərbaycan Dövlət Dəniz Akademiyasının 2018-ci il məzunu Bayrı İmanov Vətən müharibəsində rəşadət göstərən qəhrəmanlardan biridir. Bayrı Şuşanın erməni qəsbkarlarından azad edilməsi uğrunda döyüşlərdə Şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib

 

ASCO-nun Azərbaycan Dövlət Dəniz Akademiyasının 2018-ci il məzunu Bayrı İmanov Vətən müharibəsində rəşadət göstərən qəhrəmanlardan biridir. Bayrı Şuşanın erməni qəsbkarlarından azad edilməsi uğrunda döyüşlərdə Şəhidlik zirvəsinə ucalıb. Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edilib.

O, döyüşlərə getməzdən iki gün öncə ASCO-nun elan etdiyi işə qəbul imtahanında iştirak edib və 86 bal toplayıb.

Bayrı İmanov mehribanlığı ilə yanaşı, istedadı ilə də hər zaman ətrafındakıların rəğbətini qazanıb. “Nazəndə sevgilim” mahnısı isə şəhidin ən sevdiyi və ürəklə oxuduğu mahnılardan biri olub. Həmin mahnını təqdim edirik

Share: