Antarktidada da koronavirusa yoluxma qeydə alındı

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə yerli “Tercera” qəzeti yazıb.

Koronavirusa yoluxma halları “Bernardo O’Higgins Riquelme” elmi stansiyasında aşkar edilib. Yoluxan 36 nəfərdən 26-sı hərbçi, 10-u isə bazada planlı iş aparan podratçı şirkətin əməkdaşıdır.

Qeyd olunur ki, yoluxanların hamısı simptomlar aşkar olunduqdan sonra tibbi-elmi personal tərəfindən təxliyə edilib və daha sonra PZR testlər veriblər.

Müstəqil.Az

Share: