Tez gəldin… tez getdin Payız..! – Əsmər Bağırova yazdı

İlk dəfədir payızı belə çox sevdim…
Adətən kədər, qəm, darıxmaq … bu kimi hallar olurdu….
PAYIZ! Bu il gəlişin elə möhtəşəm oldu ki…
Nə vaxt gəldiyini, nə vaxt getdiyini bilmədik.
O qədər rəng qatdın ki, sevincimizə, kədərimizə….
O qədər sevdik ki, səni, Payız…
Heç bilmədik …
Heç bilmədik sevincinmi bol oldu, kədərinmi?…
Göz yaşlarımız ürəyimizdən axdı gilə-gilə….  gülüşlərimizdə dondu, Payız.
Matəmimiz toy büsata qarışdı. Analarımız, bacılarımız tabutlar önündə qol qaldırıb oynadı… Atalar köksü parça-parça, gözlərində yaş dondurub “Vətən sağ olsun !”, dedi…
Ah… sənin rənglərinin bu qədər gözəl olduğunu görməmişdim, Payız …
İlk dəfədir rənglərin belə qarışdığını gördüm…
Qəlbimdəki hisslərin ötəliyi qarışıq…
Allahım, mənə güc ver…
İçimdəki fırtınalar ….
Şəhidlərim!…
Məkanınız cənnət olsun!
Qanınız bahasına çalınan zəfərimiz mübarək olsun !
Tez gəldin… tez getdin Payız..!!!
Share: