Səni Allaha tapşırdım, Özümü göz yaşına

AYRILIĞIN RƏNGİ
Ömrümdən keçən
bir gecənin çiynində
gözlərimin yuxusu
kirpik-kirpik
üşüdü…
Səbrimin
bozarmış kövşənlərindən
keçən tənha çəhlimə
qar düşdü…
Bulvar açıldı - BU ŞƏRTLƏRLƏ
Sətirlərinin arasını
qar basmış
alın yazımdan
uzaq illərin ağrlsı
çıxdı köynəkdən…
Dilimdəki
“sevirəm”sözünün
boğazı qurudu
bu ağrıdan, bu göynəkdən…
 
Daha əlvida, dostum,
əlvida.
Ta çıxıb gedirəm
ömrün o başına…
Səni Allaha tapşırdım,
Özümü bir cüt göz yaşına.
 
TƏNHALIQ
SAHIL 4 BULVAR MORE, Bakü – Güncel 2020 Fiyatları
Qağayılar
qırçın-qırçın dalğalar kimi
səpələnir dənizə.
Bir qız dayanıb sahildə
qayalarla göz-gözə.
Bir gəmi ayrılır
uzaq limandan.
Bir ürək qopmaq istəyir
küləkdən, yağışdan, tufandan.
Bu mənəm,sahildə tək.
Gələcək o gəmi,
o yağış, o külək,
bir də…
XATİRƏ
Xəbərin varmı?
könlümün xatirə
mövsümüdür…
Barmaqlarım səni soruşur
Ovcuma tökülən göz
yaşlarımdan…
Фото sahil dənizkənarı park bulvar в городе Бузовна
SAHİL KÜÇƏSİ
Alar məni qoynuna
mavi Bakı gecəsi.
Sahildə məni gözlər
tənha Sahil küçəsi.
Bu küçədə nə qədər
xatirələr dolaşar.
Bu küçədə insan tək
böz küləklər dolaşar.
Yağan yağışlar yuyar
cığırımı ,izimi.
Bu küçədə gəzirəm
indi özüm özümü.
 
DOSTLARA MƏKTUB
No description available.
 
Bir gün
bir payız havasından
bənövşə ətri gələcək.
Telinə dən düşmüş
xatirələrdən
bəmbəyaz bir səs
çiçəkləyəcək
O səsin ətri,
işığı deyəcək;
Sözlərimin,misralarımın
gözləri yaşdır,yaş…
Mamır basmış səbrim,
Çiliklənmiş bəxtim
ayağıma düşən
daşdı,daş…
 
Ömrümün bir bənövşə günü
bu qərib daşları,
bu yetim daşları
sevəcəksiniz yavaş-yavaş…
 
Kimsə başdaşı tək,
Kimisi sirdaşı tək,
Kimisi göz yaşı tək,
Kövrək-kövrək
Sevəcək!…
Share: