Ən uğurlu əməliyyatların önündə gedən tabor komandiri…Şəhid Cəlil Cavadov haqqında

Vətən doğma evin kandarından başlanır. Hər bir vətəndaş başa düşür ki, onun yaşadığı,nəfəs aldığı yer Vətənin bir parçasıdır. Vətəni qorumaq hamımızın borcudur. Vətən bizim varlığımızdır, fəxrimizdir, qürurumuzdur. Neçə-neçə qəhrəmanımız torpaqlarımız uğrunda canlarından keçib. Vətən uğrunda, onun azadlıq və istiqlaliyyəti yolunda canını qurban verən qəhrəmanlar heç vaxt unudulmur, ölümsüzlüyə qovuşurlar. Torpaq-uğrunda ölən varsa, Vətəndir! Vətənə sadiq olmaq, Vətəni sevmək, torpağa bağlı olmaq – budur vətənpərvərlik! Vətənpərvər olan şəxs Vətənini sevən, ona sadiq, torpağına, millətinə bağlı olan, bütün mənəvi sərvətlərə malik hərtərəfli şəxsdir.

Səməd Vurğunun bir kəlamını xatırlayaq: “Mənsub olduğu xalqın varlığı ilə fəxr etməyən, onun eşqini müqəddəs bir məşəl kimi öz qəlbində yandırmayan bir insan öz vətəndaşlıq hissini dərk edə bilməz, ona vətənpərvər demək də gülünc olar…” “Öncə Vətən, ikinci xalq, sonra mən” kəlamı hamımızın həyat amalıdır. Əzəmətli Talış dağlarının qoynunda dünyaya göz açmış,vətəninə elinə bağlı QƏHRƏMAN şəhidimiz Cavadov Cəlil kimi.

Cəlil Lerik rayonu, Xəlifəküçə kəndində anadan olub. Vətənpərvər hərbiçimiz sevdiyi,qadınla ailəli idi. Ən uğurlu əməliyyatların önündə gedib. Döyüş başlayandan ərazilərin işğaldan azad olunmasında qəhrəmanlıq göstərib. Tabor komandiri idi. Həmişə öndə əfsanəvi əməliyyatlarına görə ad çıxarmışdı. Üzbəüz, hətta düşmən səngərinə girib ən yaxın məsafədən belə onlarla canlı döyüş əməliyyatlarının iştirakçısı olub. Ən alınmaz yüksəklikləri qrupuyla birgə,bir an içində fəth etmişdir. Cəlilin qardaşı Fərid Cavadzadə mənim tələbəm olub,qururla hər zaman xatırlayıram.Xüsusi tərbiə və mədəniyyətə malik idi.Sözsüz ki,bu mükəmməllik gendən gələn bir əlamətdir. Quliyeva Dəstəgül Qulam qızı…Şəhid tabor komandiri Cavadov Cəlilin nənəsi idi. Şəhidimiz uşaq yaşlarında ata-anasını itirmişdi deyə, Dəstəgül nənəsinin himayəsində böyümüşdü. Nəvəsinin şəhadətinin 30-cu günü,bu dərdə dözə bilməyən nənədə,haqqın rəhmətinə ömrü nakam,yarımçıq qalan Cəlilinin ruhuna qovuşdu.

Allah rəhmət etsin,ruhu şad,məkanı cənnət olsun.

 

Başını sən dik tut, gözəl sevgilim,

Nə üsyana qalx, nə şikayət et.

Allaha əmanət edib mən səni,

Əzizim, şəhadət edib gedirəm!

 

Qoru sən özünü qururla yaşa,

Davam et həyata boğulma yasa.

Yazılan gəlirmiş demək ki başa,

Qismətə mən boyun əyib gedirəm!

 

Anadan, atadan yetim qalmışdım,

Bacı qardaşımdan,mən güc almışdım.

Canımı torpağa,qurban demişdim,

Vətənçün mən şəhid olub gedirəm.

 

Məni böyütmüşdü biçarə nənəm,

Arzusu,ümüdü ümanlar qədər.

Qoymadı yaşasın amansız kədər,

Mənim qismətimə böldü, gedirəm.

 

Sil gözün yaşını, ah çəkmə daha,

Ümid çox yaşanan neçə sabaha.

Çatsın Yaradanım hər an dadına,

Xudaya yar olub bil ki gedirəm!

 

Sənə bir yadigar buraxmadım heç,

Səni yalqız qoydum günahımdan keç.

Mənimçün sən yaşa, bu həyatı seç,

Bağışla sən məni,sənsiz gedirəm.

 

Alnımın yazısı belə gəlibmiş,

Allahım bu qədər ömür veribmiş.

Şükür, şəhid kimi məni seçibmiş,

Qanımı torpağa töküb gedirəm!

 

Yurdumuz ağladı, çox fəryad etdi ,

Oğullar vətənə canını verdi.

Gör necə övladlar,cənnətə getdi,

Mən də cənnətimə köçüb gedirəm!

 

Sənə acı vermək heç istəməzdim,

Səni mənsizliklə sınaq etməzdim.

Vətəndən canımı əsirgəməzdim,

Torpaqçun mən qurban olub gedirəm.

 

Vətən canımızdı, vətən anamız ,

Vətən damardakı axan qanımız.

Vətən kəlməsidir dildə andımız,

Andımı vətənçün,içib gedirəm!

 

Lənkəran Dövlət Universiteti Tar.ü.f.d

Məcidova Leyla Qadir qızı

 

Müstəqil.Az

Share: