Şəhid Tural Zeynalov haqqında… – Aysel Nəsirzadə yazır

Ana bətnindən başlayır vətən sevgisi. Torpağı Vətən edən uğrunda şəhid olan oğullardır. O oğullar həmişə bir amala qulluq ediblər. Vətəni ana namusu kimi qoruyub,yeri gəlsə uğrunda şəhid olmaq üçün.O oğulları bir ,iki deyib saymaq olmur, onlar minlərlə, milyonlarladır.Heyif ki, çox vaxt onlardan vətən uğrunda döyüşüb şəhadətə ucalanda xəbərimiz olur.

Qarabağın işğaldan azad olması uğrunda gedən Vətən müharibəsində saysız- hesabsız, nə qədər düşmənə sinə gərən,göz qırpmadan düşmənlə vuruşub , onları məhv edib, şəhadətə ucalan qəhrəman oğullarımız tanıdıq.

O qəhrəman şəhidlərimizdən biri də Zeynalov Tural Ruslan oğlu oldu.

Zeynalov Tural Ruslan oğlu 1987-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1994-cü ildə V.Əvəzov adına 300 saylı tam orta məktəbdə ilk orta təhsilini almışdır.2002-ci ildə 9 illik təhsilini bitirərək həmin ildə C.Naxçıvanıski adına hərbi liseyə daxil olmuşdur. 2006-ci ildə isə AAHM və 2009-cu ildə TTM-ə daxil olmuş və 2010-cu ildə Leytenant rütbəsi alaraq təhsilini bitirib Daşkəsən rayonunda yerləşən ” N saylı ” hərbi hissədə bölük komandiri vəzifəsində fəaliyyətə başlamışdır. 2016-cı ildə Aprel döyüşlərində iştirak etmişdir. 2020-ci il oktyabr ayının 11-də Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda,Cəbrayıl və Füzuli istiqamətində gedən döyüşlərdə qəhrəmancasına döyüşərək Şəhid olan Tural Zeynalov Fəxri Xiyabanda dəfn olunmuşdur.

Döyüş yoldaşları elə hey onun cəsarətindən,mərdliyindən danışırlar.Deyirlər öz ölümündən qorxmayaraq yaralı əsgərini döyüş meydanından xilas etmişdir. Dörd gün mühasirədə qaldıqdan sonra,döyüş yoldaşları ilə birgə mühasirədən çıxmışdır. Şəhidimizin Ruslan və Rza adında vətənə iki oğlu əmanət qalıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Vətən Uğrunda” medalı və “İgidliyə görə” medalı ilə təltif olunmuşdur.

Allah bütün şəhidlərimizə rəhmət eləsin.

 

Aysel Nəsirzadə

Müstəqil.Az

Share: