Ruhu vətən sevgisi ilə yoğrulan Şəhid Mirzəhəsən Əlizadə haqqında…

Böyük Azərbaycan şairi Məhəmməd Hadi deyib:
Məyus olma amandır,
Məyus olmaq yamandır.
Qorxaq diləksiz yaşar,
Millətim qəhrəmandır!
Allah buyurur, vətən və millət yolunda öz istəyi ilə canından keçməyə razı olan insanların,fəth elədiyi ən yüksək, şərəfli zirvədir şəhid ömrü. Xalq tərəfindən qərinələr,əsrlər keçməyinə baxmayaraq əsla unudulmayan insanlardır şəhidlər. Şəhidlik kökdən gələn qurur,saf əqidə,təmiz vicdandır.Qəhrəman şəhidləri dünyaya gətirən analar,qanı tökülmüş torpag cənnət,yaşadansa xalqdır.
Azərbaycanın ərazi bötüvlüyü uğrunda canından keçən igid,qorxmaz şəhidlərimizdən biridə 50 gün ərzində heç bir xəbəri alınmayan Azərbaycanın füsünkar diyarı,əzəmətli talış daglarının qoynunda Astara rayonunun Səncərədi kəndində dünyaya goz açan ruhu vətən sevgisi ilə yoğrulan MAXE Əlizadə Mirzəhəsən Şahin oğludur.Dərin zəkaya və xüsusi tərbəyə malik Mirhəsən vətənpərvər ruhunda yetişən gənc idi.Atası Şahin müəllim,anası Kəsirə xanım vətən üçün hər an canından keçməyə hazır olan iki igid,pəhlivan oğul övladı böyütmüşdülər,bu zəhmətkeş valedeyinlərin ən böyük arzuları,vətəni azad görmək,müharibə bitən kimi oğul toyu edib gəlin gətirmək ,nəvə böyütmək idi.Vətən üçün çox arzuları vardı Mirzəhəsənində,çalışdığı hərbi hissədə də yaxşı əməlləri ilə tanınırdı. Bütün nəslin qururu idi qəhrəmanımız,Nazilə nənəsi gözlərinin sürətini sanki Mirzəhəsənə vermişdi,sevincinin çox payı qəhrəman nəvəsi ilə bağlı idi .Həsrətlə içində alışaraq yol gözləyirdi.Qəhrəman şəhidimiz kiçik gizir Vüsal Kazımovun yas mərasimində Nazilə xalanın yana-yana şəhidlərə ağlamasını heç zaman unutmaram.Böyük Zəlimxan Yaqubun Şəhid qanı şeirində deyildiyi kimi …..
Həyatımda heç zaman belə dərd görməmişdim,
Dərdi belə amansız, belə sərt görməmişdim,
Mənim düşmənim qədər mən namərd görməmişdim,
Namərdlərin başında çaxırdı şəhid qanı!
Qəhrəman şəhidimiz Mirzəhəsənin bibisi Lənkəran Dövlət Universitetinin dossenti Məlahət Agayeva qardaşının ciyərparasının qəhrəmanlığından qururla bəhs edib,arzularını dilə gətirərdi,təlatümlü zamanın bütün sınaqları bu ziyalı ailənin taleyində dərin izlər qoysada,onunda arzusu bir bibi kimi qəhrəmanımızı xoşbəxt görmək idi. Qəhrəmanımızsa kimsənin yetişə bilmədiyi zirvəni,şəhidlik zirvəsini seçdi,təssüf ki,nakam ömrü kimi arzularıda,yarımçıq qaldı . Şəhidləri xatırlayan varsa, xatirələri hər yerdə anılırsa, deməli, onlar ölməyib, ürəklərdə daim yaşayırlar. Hər birimizin vətəndaşlıq borcudur ki,bu zəfəri bizə yaşadan, müqəddəs qanları hesabına şəhidlik zirvəsinə ucalan bizə qələbə sevinci bəxş edən bu oğullarımızı daim qəlbimizdə yaşadaq,gələcək nəsillərə onlardan bəhs edək. Biz hammılıqla Şəhidlərimizə borcluyuq,ruhları qarşısında baş əyirik. Allah rəhmət etsin,nur içində yatsın…..
Yarımçıq ömürlü,yarım arzulu,
Həyata göz yumdu bir vətən oğlu.
Çaldı həyatını qəfil güllələr,
Şəhidlik qazandı bir vətən oğlu.
Atadan,anadan aldı nəsihət,
Qururdu,vicdandır əsas xasiyyət.
Övladı olsaydı,vuqarlanardı.
Şəhidlik qazandı bir vətən oğlu.
Kiçik qardaşına bir baş tacı,
Ona bəxş olundu,həyat çox acı
Neçə yağıya dağ çəkdi durdu,
Şəhidlik qazandı bir vətən oğlu.
Getdi addım- addım düşmənə sarı,
Dilində sözündə,torpaga andı.
Qanında ər igid qeyrəti vardı,
Şəhidlik qazandı bir vətən oğlu.
Bütün xatirələr bir xəyal oldu,
Əyilməz dağ oldu,bir dastan oldu.
Xalqının qəlbində yüksəkdə durub,
Şəhidlik qazandı bir vətən oğlu.
Lənkəran Dövlət Universiteti Tar.ü.f.d.b/m
Məcidova Leyla Qadir qızı
Müstəqil.Az
Share: