COVID-19-un Britaniyadakı növü daha sürətlə yayılır

COVID-19 virusunun Böyük Britaniyada aşkarlanmış yeni növü daha sürətlə yayılır.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktorunun COVID-19 pandemiyası üzrə xüsusi elçisi David Nabarro “Sky News”a açıqlamasında bildirib.

O, həmin virusun o qədər də təhlükəli olmadığını da qeyd edib.

“Mövcud məlumatlara görə, bu məsələ Birləşmiş Krallıqda virusa qarşı mübarizədəki hədəflərə əsaslı dəyişiklik gətirməyəcək”, – deyən ekspert yenə də ictimaiyyəti ayıq-sayıq olmağa çağırıb.

Ötən gün ölkənin səhiyyə naziri Matt Hankok COVID-19-un yeni növünə 1 000-dən artıq yoluxma halı aşkarlandığını, bunun ölkənin cənub-şərq bölgəsində koronavirusun sürətlə yayılması ilə bağlı ola biləcəyini açıqlamışdı. Nazir bu barədə ÜST-in də xəbərdar etdiklərini bildirib.

Müstəqil.Az 

Share: