Minasyan: Anna Akopyan bunkerdə bağırırdı ki…

Noyabrın 4-ü saat 6-da Şuşa artıq erməni şəhəri deyildi.

Müstəqil. Az xəbər verir ki, bunu Ermənistanın Vatikandakı keçmiş səfiri Mikayıl Minasyan paylaşıb.

“Şuşa səhər saat 5-ə artıq əldən çıxmışdı. Mən deməyəcəyəm ki, niyə Nikol Paşinyan və Anna Akopyan Serj Sərkisyanın itirdiyi torpaqları geri qaytardıqlarını göstərmək üçün Lələ Təpənin ələ keçirilməsi barədə əmr veriblər. Mən deməyəcəyəm ki, Anna Akopyan bunkerdə “5000 nəfər ölsə belə biz Lələ təpəni qaytaracağıq” sözlərini necə qışqıraraq deyib”, – deyə o bildirib.

Minasyan həmçinin Rusiyadan Ermənistana müharibə dövründə göndərilən külli miqdarda silahın Qarabağa çatmadığını söyləyib.

İlkin Mete XAN

Share: