Azərbaycanlı xanım yazar Beynəlxalq şeir müsabiqəsinin qalibi olub

Azərbaycanlı yazar Rəsmiyyə Sabir qardaş Özbəkistanda “Kitab Dünyası” qəzeti tərəfindən “Abduvali Qutbiddin” xatirəsinə həsr olunan beynəlxalq şeir müsabiqəsinin qaliblərindən biri olub.

Bu haqda Müstəqil.Az-a yazarın özü məlumat verib.

Beynəlxalq şeir müsabiqəsinin minsiflər heyətinə amerikalı şair, Texas Universitetinin professoru Gjeke Marina sədrlik edib.  Jürinin üzvləri Vyetnamlı şair Tsikada mükafatıçısı Mai Van Phan, Türkiyəli yazar, İLESAM-ın sədri Mehmet Nuri Parmaksız və Özbəkistanlı yazar Aziz Said olublar.

Qeyd edək ki, müsabiqədə iştirak edən şairlərin şeirlərindən ibarət Özbəkistanda kitab çap olunacaq.

Müstəqil.Az

Share: