Liviya hərbçiləri azərbaycanlının olduğu gəmini sərbəst buraxdılar

Müstəqil.Az bildirir ki, bu barədə “Report” “Anadolu” agentliyinə istinadən xəbər verib.

Qeyd edək ki, tibbi yardım yükünün olduğu gəmi dekabrın 5-də Liviya sahillərində saxlanılmışdı.

Gəminin heyət üzvü 17 nəfərdən ibarətdir. Xarici KİV-in məlumatına görə, onlardan doqquzu Türkiyə, yeddisi Hindistan və biri Azərbaycan vətəndaşıdır.

Dekabrın 8-də Liviya Milli Ordusunun nümayəndəsi, general-mayor Əhməd əl-Mismari bildirib ki, “Mabrouka” adlı ticarət gəmisi Liviyanın qərbindəki Misrata şəhərinin limanına doğru üzürmüş və Derna yaxınlığında saxlanılıb. O, “El-Hades” televiziya kanalına açıqlamasında Haftarın dəniz qüvvələri əməkdaşlarının qayıqla yaxınlaşaraq dəniz qaydalarını pozan gəmiyə mindiklərini demişdi. Gəmidəki yük ancaq dərman vasitələrindən ibarət olub və Misrata çatdırılmalı imiş.

Müstəqil.Az

Share: