Dünyanın ən güclü liman kranı

Adı çəkilən kran 20 min ton yük qaldıra bilir ki bu da 10 min ədəd minik avtomobilinin çəkisinə bərabərdir. “Taisun” kranının təyinatı neft platformalarında ağır qurğuların quraşdırılmasıdır.

Kranın adı Çinin Şandun əyalətindəki ən hündür dağ hesab edilən Tayşan dağının adından götürülüb. Kran Çinin “Yantai Raffles” gəmiqayırma zavodunda inşa edilib.

2009-cu ildə rəsmi olaraq istismara verilən kran bir il öncə çəkisi 20133 ton olan su ilə dolu barjı qaldıraraq dünya rekorduna imza atmışdı

Kranın hündürlüyü 133 metrə bərabərdir.

Müstəqil.Az

Share: