Orxan Arasın “Əsəd bəy – Qurban Səid: gizlinlər və gerçəklər” kitabı nəşr olundu

Orxan Arasın “Əsəd bəy – Qurban Səid: gizlinlər və gerçəklər” kitabı nəşr olunub

 

AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu tərəfindən  Orxan Arasın “Əsəd bəy – Qurban Səid: gizlinlər və gerçəklər” (həyatı, kitabları, məqalələri) kitabı çap olunub. Kitab Ədəbiyyat İnstitutunun Elmi Şurasının 30 sentyabr 2020-ci il tarixli (protokol № 4) qərarı ilə nəşr edilib.

Nəşrin elmi məsləhətçisi və “Məhəmməd Əsəd bəy dünyası və Orxan Aras” adlı ön sözünün müəllifi AMEA-nın birinci vitse-prezidenti, Ədəbiyyat İnstitutunun direktoru akademik İsa Həbibbəylidir.

Kitabın elmi redaktoru filologiya elmləri doktoru, professor Bədirxan Əhmədli, çevirəni Nəriman Əbdülrəhmanlıdır.

“Elm və təhsil” nəşriyyatında çap olunan kitab giriş, üç bölüm və “Əsəd bəyin məqalələri” hissələrindən ibarətdir. 230 səhifəlik kitabda Məhəmməd Əsəd bəylə Qurban Səid arasında paralellər aparılır və bu iki adın eyni şəxsiyyət olması haqqında təkzibolunmaz faktlarla sirli Qurban Səid adına aydınlıq gətirilir. Mühacirət ədəbiyyatı ilə bağlı tədqiqatlar aparan müəllif “Məhəmməd Əsəd bəyin publisistikası” mövzusunda dissertasiya müdafiə etmiş, filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.

 

Gülnar Səma

Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu,

İctimaiyyətlə əlaqələr şöbəsi

Müstəqil.Az

Share: