Qənirə Paşayeva Azərbaycan Böyük Vətən Müharibəsində yaralanmış bir qrup əsgər və zabitlə görüşüb – FOTOLAR

Milli Məclisin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva Azərbaycan Böyük Vətən Müharibəsində yaralanmış, ağır dərəcəli zədələr almış bir qrup əsgər və zabitlə görüşüb.
Qənirə Paşayeva Azərbaycan Respublikası Silahlı Qüvvələrin hərbi qulluqçularını, qəhrəman qaziləri işğalçı düşmən üzərində parlaq qələbə münasibəti ilə təbrik edib. Komitə sədri onların və silah yoldaşlarının Azərbaycan hərb tarixinin qızıl səhifəsinə düşəcək tarixi zəfərin qazanılmasında fədakarlıqla iştirakına vurğu edib:
“Sizlərin uğuru gələcək əsgərlərimiz, yeni hərbçi nəsillərimiz üçün unudlumaz örnək təşkil edir.
Müqəddəs bayrağımızı azad edilmiş şəhər və kəndlərimizdə dalğalandıran siz fədakar qazilərimiz, başda Ali Baş Komandanımız olmaqla Ordumuzun qüdrətini, xalqımızın birliyini bütün dünyaya göstərdiniz.
Sizin xilaskarlıq missiyanız mədəniyyət beşiyimiz Şuşa şəhərinin, tapdaq altında qalmış, dağıdılmış, təyinatı dəyişdirilmiş yüzlərlə mədəniyyət müəssisəsinin, abidənin, tapınağın da bərpası, təmiri üçün imkanlar açıb.
Sizlərə çox minnətdarıq”!
Komitə sədri ali dövlət rəhbərliyinin yaralı hərbçilərimizə xüsusi diqqət və qayğısının hər bir məmur, millət vəkili, işadamı, vətəndaş cəmiyyəti institutu təmsilçisi üçün də örnək təşkil etdiyini bildirib.
Qazilər Komitə sədri ilə öz döyüş təəssüratlarını bölüşüb, iştirakçısı və şahidi olduqları qəhrəmanlıq səhnələrindən danışıb.
Görüşdə Mədəniyyət Komitəsinin eksperti Əkbər Yolçuyev, Millət vəkilinin köməkçisi İlqar Kərimov, “Regional Hüquqi və İqtisadi Maarifləndirmə İctimai Birliyi”nin sədri Arzu Bağırova iştirak edib.

 

 

Share: