Dəniz quldurları Maltaya məxsus tankerə iki dəfə hücum ediblər

Dekabrın 6-da Nigeriya sahillərində, Qvineya körfəzində dəniz quldurları duru kimyəvi maddələr daşıyan “New ranger” tankerinə ardıcıl olaraq iki dəfə hücum ediblər.

Müstəqil.Az “Seanews.az” -a istinad edərək xəbər verir ki,  adı çəkilə gəminin göyərtəsində hazırda dörd nəfər quldur var. Gəminin heyəti hücumdan qorunmaq üçün gəmidə, xüsusi təchiz olunmuş otaqda gizlənib.

Hücum, Nigeriyanın neft terminalı Aqbaminin cənub-qərbindən 50 dəniz mili məsafəsində qeydə alınıb.

Müstəqil.Az

Share: