Budur “böyük Ermənistan”: alın və imzalayın!

Ermənistanın məğlubiyyətindən sonra ermənilərdən ölkəni inkişaf etdirməyin lazım olması haqda fikirlər eşidirik. Ancaq Ermənistan logistika və enerji baxımdan çıxılmaz durumdadır. Bakı İrəvanı regional layihələrdən tamamilə kənarlaşdırıb. Sərhəd indi açılsa belə, Ermənistanın ixrac ediləcək heç nəyi yoxdur.

Müstəqil.Az xəbər verir ki, bu sözləri politoloq Əli Hacızadə deyib.

Onun sözlərinə görə, sərhədlərin açılması Ermənistanın çox da işinə yaramayacaq:

“Ermənilər ya ölkəni artıq tərk edib, ya da pandemiyadan sonra tərk edəcəklər. Bəli, Qərbdə, Rusiyada uğurlu ermənilər çoxdur, lakin onlar Ermənistanda yaşamaq istəmir, özlərinin və övladlarının taleyini Ermənistanla əlaqələndirmirlər. Çünki Ermənistanda bir gələcəyin olmadığını və uğuru məhz Ermənistanı tərk etdikləri və ya ondan uzaqda doğulduqları üçün qazandıqlarını dərk edirlər. Deməli, “Ermənistanı böyütmək” barədə aparılan bütün bu danışıqlar növbəti bir nağıldır.

İlk müharibədə Ermənistanın 3,5 milyon əhalisi var idi, indi isə ölkədə faktiki olaraq 2 milyon əhali yaşayır, 10 ildə bu say 1,5 milyona enəcək (az da ola bilər). Budur sizin üçün “böyük Ermənistan” – alın və imzalayın!”

Müstəqil.Az

Share: