İti qovan kimi qovulacaq məmurlar…

Müstəqil.Az bildirir ki, İkinci Qarabağ savaşının qazisi Kənan Musayevin anası Məmmədova Məhəbbət Seyfəddin qızının qazi oğlunun səhhətinin durumu ilə bağlı sosial şəbəkədə yazılanlar insanda bəzi daşqəlbli məmurlara qarşı hiddət doğurmaya bilmir.

Qazi anası yazır:
“Oğlum, 15.11.2001-ci ildə Qazax rayonunda anadan olan Musayev Kənan Nadir oğlu ilə birgə Əli Şıxlinski küçəsində yerləşən KTT yataqxanasında yaşayırıq. Mən işsiz qadınam, gəlir yerim yoxdur. Maddi cəhətdən çətinliyim var. Oğlum 08.01.2020-ci ildə hərbi xidmətə yollanmışdı. 03.10.2020-ci ildə Qarabağ döyüşlərində sol ayağını itirib. Buna baxmayaraq, onunla heç kəs maraqlanmır. Nə Qazax rayonu icra başçısı, nə şəhər nümayəndəliyi, nə hərbi komissarlıq, nə də səhiyyə idarəsi. Oğlumun sarğı ləvazimatlarını, dərmanlarını və kastelini qonşularımın köməyi ilə özüm almışam. Hətta sarığını belə mən baxa bilmədiyim üçün qonşular dəyişir. İcra nümayəndəliyindən bir dəfə gəlib hər şeyi yoluna qoyacaqlarını deyib gediblər. Hələ bir xəbər yoxdur. Oğlumla komissarlığın rəisi ilə görüşüb, hərbi bileti haqqında məlumat verdik. Düzələcək deyib, bizi sola saldılar. Amma hələ bir xəbər yoxdur. Sizdən xahişim, bunu işıqlandırın. Səsimə səs verin.
Maraqlananlar üçün ailənin əlaqə nömrəsi: +994 55 520 97 59″.
Ölkə başçısının da dəfələrlə təkrar etməsi, düşmənə mesaj göndərməsi, Azərbaycanın qalib ordusu ilə torpaqlarımızı işğaldan azad etdik və həmişə də torpaqlarımız uğrunda düşməni diz çökdürməyə hazırıq deməsi, bu qələbəyə görə əsgər və zabitlərimizə təşəkkür dolu zəngləri, şəhidlərimizə Allahdan rəhmət diləməsi, yaralılarımızla tez-tez görüşüb onlara şəfa diləməsi bu laqeyd, boşboğza məmurlara örnək deyilmi? Axı o həyatını itirən, sağlamlığı şübhə altında qalan, ömürlük şikəst olanların qanı və canı hesabına başa gəlib bu parlaq qələbə.
I Qarabağ savaşından sonra ta 2016-cı il Lələ təpə döyüşlərinə qədər Rayon İcra Hakimiyyəti başçılarınən və digər səlahiyyətli orqanlarının izlənilən, təkrar olunan, keçmiş döyüşçüyə, şəhidə, şəhidin ailəsinə qarşı olan hallar,  hörmətsizliklər və tərbiyəsizliklə olmasın gərək.
Yuxarıda iradını bildirən və haqqını tələb edən döyüşçü anası Məmmədova Məhəbbət Seyfəddin kimi, döyüşçü anaları ilə, onların ailələri ilə necə davranmağı öyrənin, cənab məmurlar. Yoxsa cənab Ali Baş Komandan erməniləri torpağımızdan qovduğu kimi, sizləri də tutduğunuz vəzifədən həbsxanalara qədər iti qovan kimi qovacaq.
Müstəqil.Az
Share: