Qarabağda türk patrulu da olacaq

Türkiyənin milli müdafiə naziri Hulusi Akar Dağlıq Qarabağda əldə olunan atəşkəsin monitorinqinin təşkilinə dair işlərin davam etdiyini bildirib. Türkiyə KİV-lərinin xəbərlərinə görə Hulusi Akar bunları deyib: “Qarabağda atəşkəsin monitorinqinə dair çalışmalar davam edir. Qarabağda qurulcaq müşahidə məntəqələri arasında dövriyyələr də (patrul xidməti) həyata keçiriləcək”.

Xatırladaq ki, 9 noyabr üçtərəfli razılaşmasına əsasən Dağlıq Qarabağa Rusiya sülhməramlı kontingenti yerləşdirilib. Lakin ayrıca razılaşma əsasında Dağlıq Qarabağdan kənarda Rusiya və Türkiyə tərəfindən atəşkəsin monitorinqinə dair mərkəzin qurulması da nəzərdə tutulur. Həmin mərkəz Rusiya tərəfinin bildirdiyinə görə, atəşkəsi texniki vasitələrlə, yəni PUA-larla monitorinq edəcək.

Mərkəzdə yer alacaq Türkiyə hərbçilərinin Azərbaycana göndərilməsinə dair qətnamə artıq qəbul edilib. Hulusi Akar Türkiyə hərbçilərinin Azərbaycana göndərilmək üçün hazır vəziyyətə gətirildiyini açıqlayıb.

Müstəqil.Az

Share: