mustafa ceceli mp3 indir - murat boz mp3 indir - sıla mp3 indir - koray avcı mp3 indir - hande yener mp3 indir

Qarabağın gələcəyini necə görürsünüz? -SORĞU

Müstəqil. Az, sualı ilə tanınmış ziyalılar və qələm adamlarına “Qarabağın gələcəyini necə görürsüz” sualı ilə  müraciət edərək sorğu keçirib.

“Bakı Xəbər” qəzetinin baş redaktoru, politoloq Aydın Quliyev:

İqtisadi nöqteyi -nəzərdən Qarabağın Azərbaycanla birlikdə böyük gələcəyi var, deyərək sorğumuza münasibətini bildirdi.

Onun fikrincə, işğaldan azad edilərək Azərbaycana qaytarılmış ərazilərdə iqtisadi, sosial və rifah səviyyəsi çox da böyük olmayan zamanda Azərbaycanın böyük hissələri ilə eyniləşəcək. Sivil məskunlaşmadan, yəni atəşkəsdən sonra azərbaycanlıların yaşayacağı bölgələrdə həyat tezliklə qaydasına düşəcək. Sivil qaydada ermənilərin məskunlaşacağı ərazilərdə isə vəziyyət onların Azərbaycan dövlətçiliyi ilə münasibətlərinin necə tənzimlənəcəyindən asılı olacaq. Atəşkəsdən sonra torpaqlarımlzda yaşamaq hüququnu rəsmən qazanacaq ermənilərlə Azərbaycan dövlətçiliyinin münasibıtlərinin necə tənzimlənəcəyini hələlik gözləməliyik. Bu məsələdən çox şey asılı olacaq.

Ancaq bütün hallarda Azərbaycan-Rusiya münasibətlərinin necə olması və Türkiyənin proseslərdə necə iştirak etməyi Qarabağla əlaqədar bütün məsələlərin gələcəyində həlledici rol oynayacaq. Azərbaycan Rusiya ilə münasibətləri normal saxlamağı və Türkiyənin Azərbaycandakı mövqeyini tədricən gücləndirməyi bacarmalıdır. Əks hallarda yeni çətinliklər yarana bilər.

Azərbaycan Yazıçılar Birliyinin üzvü,  yazıçı Aləm Kəngərli:

“Rusiya dövləti Qarabağ probleminin tam şəkildə həll olmasında maraqlı deyil.

Çünki bu cür sonluq Rusiyanın strateji və qlobal maraqlarına uyğun deyil. Gələcəkdə ermənilər bizim torpaqlardan könüllü şəkildə çıxmaq istəsə belə, Rusiya dövləti bunun qarşısını hər vəchlə almağa çalışacaqdır. Yəni şirnikləşdirici vədlərlə, müəyyən vəsaitlər ayırmaqla ermənilərin Qarabağdan getməsinin qarşısını almağa çalışacaqdır. Beş ildən sonra rus hərbçilərinin ölkımizi tərk edəcəyinə inanmaq sadəlöhvlük olardı. Onlar indidən özlərini elə aparırlar ki, elə bil, həm Qarabağın, həm də regionun ağasıdırlar. Əgər Türkiyə ordusu ruslarla birlikdə bərabər əsaslarla Qarabağda yerləşməsə, vəziyyət bizim üçün ürəkaçan olmayacaq. Bu işdə ən önəmli məsələ ondan ibarətdir ki, Qarabağı Ermənistanla birləşdirən sərhəd-keçid məntəqələrində pasport və yüklərə nəzarəti hansı qüvvələr həyata keçirəcəkdir? Düşüncəmə görə türk sülhməramlılarının Azərbaycana gecikməsinə səbəb olan əsas amil də məhz bu məsələdir. Görünür, türklərə ancaq dronlarla nəzarət etmək imkanı tanındığından, onlar da bu alçaldlcı təklifi qəbul edib, ruslarla razılaşmır, daha vacib məqamlara toxunurlar. Bu ona bənzəyir ki, el arasında deyildiyi kimi: yersiz gəldi, yerli, qaç” deyərək sorğunu cavablandırdı.

Müstəqil.Az

 

 

 

 

mersin escort
kalebetting.com -

baysanslicanli.com

- casinoslotsclub.com -
meritroyalbet