Makrondan Qarabağ tviti: Buna hazırıq!

“Dağlıq Qarabağ”da (keçmiş Dağlıq Qarabağ nəzərdə tutulur – red.) silahlar susdu. İndi biz bölgədə olan tarixi, mədəni və irsi sərvətlərin qorunması və bərpa edilməsi üçün Azərbaycan, Ermənistan və Minsk Qrupundakı həmkarlarımızla bərabər çalışırıq.

Müstəqil.Az xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron öz Tvitter hesabında yazıb.

Fransız lider Qarabağ bölgəsində UNESKO-nun göstərəcəyi fəaliyyətə də dəstək verə biləcəklərini deyib:

“Fransa Dağlıq Qarabağ (keçmiş Dağlıq Qarabağ nəzərdə tutulur – red.) və ətraf ərazilərdə mədəni və dini mirası qorumaq üçün UNESKO çərçivəsində öz dəstəyini və təcrübələrini bölüşməyə hazırdır”.

Müstəqil.Az

Share: