Şəhid dənizçinin qəhrəman dənizçi oğlu

Ot kökü üstə bitər, deyiblər.

Müstəqil.Az bildirir ki, Elşad  Vəliyev XDND idarəsinin I Qarabağ savaşında şəhid olan elektrik mexanniki Oktay Vəliyevin oğludur.   Oktay Vəliyev Azadlıq hərəkatı başlanan ilk gündən vətənpərvərliyi ilə seçilib. Dənizçilərin tətilə qoşulması üçün  gəmilərdə təbliğat işi aparardı, suverenliyimiz uğrunda bacardığını əsirgəmizdi.
1990-cı ilin qanlı 20 yanvarında da Oktay Vəliyev  dənizçilərimizin etiraz aksiyasında öndə olanlardan idi.  Məhz onun fədəkarlığının sayəsində Sovet Ordusu tərəfindən yağmalanan “Sabit Orucov” gəmisində və Dəniz vağzalında baş verənlər lentə alınmışdı. Həyatını təhlükəyə ataraq Cəfər Cabbarlı adına kinostudiyanın kamerasını çörək dolu kisənin içində gəmiyə keçirmişdi ki, o zaman lentə alınan kadrlar bu gün hadisələrin tarixin yaddaşında qalmasında müstəsna rol oynamışdı.
Oktay Vəliyev 1992-ci ildə könüllü olaraq I Qarabağ savaşına yollandı. Qəhrəmanlığı haqda dənizçilərimizin arasında əfsanələr danışılırdı.  Oktayın son döyüşü Füzuli rayonun Alxanlı kəndi istiqamətində olmuşdu. Xüsusi təyinatlılarımızın qəhrəman oğlu Oktay həmin döyüşdə qumbaraatanla düşmənin iki zirehli maşınını vurmuşdu. O, 3 cü dəfə qumbaraatanla səngərə yaxınlaşan erməni tankını vurduqda şəhid olmuşdu.
İşlədiyi gəmiyə Oktayın adı verilib.
Şəhid dənizçimizin oğlu Elşad da dənizçi kimi əmək fəaliyyəti ilə məşğul olub. XDND idarəsinin Üzən Təmir Emalatxanasında tornaçı kimi işləyib. II Qarabağ savaşı başlayan kimi, könüllü olaraq Orduya yazılıb. Qəhrəmanlığı haqda döyüşçü dostları, komandirləri ürəklə danışır. Hal hazırda rəşadətli ordumuzun sıralarnda vətənimizin müdafiəsindədir. Qazimizə Allah cansağlığı versin.!
Xatırladaq ki, Oktay Vəliyev XDND idarəsinin sabiq baş mühəndisi, ADDA-nın baş müəllimi olmuş, DSD İB-nin sədr müavini, tanınmış şair-bəstəçi Hüseyn Sözlünün yaxın qohumudur.
Müstəqil.Az
Share: