Fransanın ermənipərəstliyinə MM-dən cavab

Noybarın 10-da imzalanmış birgə bəyanatla “Dağlıq Qarabağ münaqişəsi” adlı problemə son qoyulub.

Müstəqil.az xəbər verir ki, bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Spiker bildirib ki, bu bəyanatdan narazı qalan bəzi qüvvələr də var. Onun sözlərinə görə, belə qüvvələrdən biri Fransaddır:

“Fransa münaqişənin ilk günündən qərəzli mövqe ortaya qoyub. Həmçinin Fransa Senatında Azərbaycan ərazisində qeyri-qanuni yaradılmış “qurumla” bağlı qətnamə irəli sürülüb. Sadalanan faktlar sübut edir ki, Fransa açıq şəkildə qərəzli mövqedədir. Hesab edirəm ki, bu addımlar Fransanın beynəlxalq hüquqla bağlı öhdəlikllərinə ziddiyyət təşkil edir. Vasitəçi mandatı beynəlxalq hüquqa söykənir. Milli Məclisin Fransa ilə işçi qrupunun üzvləri də bu məsələyə diqqət yetirməlidirlər”.

Milli Məclisin komitə sədri Səməd Seyidov da Fransanın Azərbaycanla bağlı tutduğu mövqeni kəskin tənqid edib, bunu qərəzli sayıb.

Share: