Onlar 44 gün ərzində cəbhəyə yaxın getmədi – Erməni general

Ermənistan üçtərəfli sənəd imzalayarkən faciə ilə çox pis arasında seçim etdi.

Müstəqil.Az xəbər verir ki, bunu Ermənistan silahlı qüvvələri Baş Qərargahının keçmiş rəisi, general-leytenant Artak Davtyan bildirib.

Onun sözlərinə görə, bu gün Aprel döyüşləri və son müharibə zamanı baş verən xəyanətləri araşdıran yüksək rütbəli erməni məmurların özləri cəbhə xəttinə heç 15 kilometr belə yaxınlaşmayıblar:

“İstintaq Komissiyasının sədri Andranik Köçəryana cəmi 4 gün davam edən Aprel müharibəsini araşdımaq üçün bir il vaxt lazım oldu. Bu 44 gündən baş açmaq üçün nə qədər vaxt gərəkdir?”

Davtyan Ermənistanın çox böyük və ağır itkilər verdiyini də söylədi.

Müstəqil.Az

Share: