Qarabağ müharibəsinin ikinci mərhələsi başladı – Abramyan

Müharibənin birinci mərhələsi 9 noyabr tarixində başa çatıb, ikinci mərhələ isə hələ indi başlayır. Hazırkı hakimiyyət ötən illərdə hər şeyi etdi, nəticəsi isə faciə oldu.

Müstəqil.Az xəbər verir ki, bu barədə Ermənistanın “Enaket” analitik mərkəzinin təsisçisi və rəhbəri Tiqran Abramyan Feysbuk hesabında yazıb.

“Bu hakimiyyət indiki mərhələdə də iştirak etsə, biz fiaskoya uğrayacağıq və Ermənistan tarixinin son səhifəsi bağlanacaq”, – o qeyd edib.

Fatimə Zülfüqar

Share: