Njdeyə heykəl ucaldanda bu cür nəticə olmalı idi – Korotçenko

Ermənistan ordusunun Qarabağda “uğurları” barədə açıqlamalarının biranda həmin ordunun acınacaqlı vəziyyəti barədə açıqlamalarla əvəzlənməsi adamı heyrətləndirir.

Müstəqil.Az xəbər verir ki, bunu rusiyalı ekspert, “Natsionalnaya oborona” jurnalının baş redaktoru İqor Korotçenko bildirib.

O bildirib ki, eyni şəxslər, Paşinyan, Tonoyan, Arutyunyan indi bir ağızdan Ermənistan ordusunun tamamilə məhv olmaması üçün kapitulyasiyaya razı olduğunu bəyan edir:

“Amma deyirdilər ki, yeni müharibə başlasa, Bakıya qədər çatacaqlar!”

Ekspert əlavə edib ki, Ermənistan Sovet İttifaqı marşalı Baqramyanın heykəlləri əvəzinə Hitlerin əlaltısı Qaregin Njdeyə heykəl ucaldanda, bu cür nəticə qanunauyğun olur.

Müstəqil.Az 

Share: