Daha bir qrup sülhməramlı Qarabağa gəldi – VİDEO

Dağlıq Qarabağla bağlı imzalanmış üçtərəfli bəyanat çərçivəsində rus sülhməramlılarının daha bir qrupu münaqişə bölgəsinə yollanıb.

Müstəqil.Az Publika.az-a istinadla xəbər verir ki, bu günədək 414 nəfərlik rusiyalı sülhməramlı qüvvə, onlarla avtomobil və digər nəqliyyat vasitələri, habelə səkkiz helikopter və pilotsuz təyyarə Dağlıq Qarabağa köçürülüb.

Ümumilikdə, bölgəyə 1960 silahlı hərbçi, 90 zirehli piyada daşıyıcısı, 380 ədəd avtomobil və digər texnikadan ibarət qüvvə yeridiləcək.

 

 

Müstəqil.Az

Share: