Şəhid generalla bağlı kitab nəşr edildi

Torpaqlarımızın bütövlüyü uğrunda qəhrəmancasına şəhid olan general Polad Həşimovun xatirəsinə həsr olunan kitab “Elm – Təhsil” nəşriyyatında nəşr olunub.

Bu barədə Kult.az-a Dənizçilərə Sosial Dəstək İctimai Birliyinin (DSD İB) sədri, gəmi kapitanı, şair-publisist Faiq Balabəyli məlumat verib.

O bildirib ki, yaxın gələcəkdə kitabın təqdimatı və müsabiqə qaliblərinin mükafatlandırılması mərasimi baş tutacaq:

“İctimai Birlik şəhid generalın xatirəsinə yazılan əsərlərdən ibarət bir müsabiqə elan etmişdi. Müsabiqə yekunlaşdı və qaliblər müəyyənləşdi. DSD İB-nin layihəsi olan kitabda mərhum general haqqında yazılan şeirlər, hekayələr, esselər, məqalələr və generalla bağlı götürülən müsahibələr yer alıb. Kitabda İbrahim Rüstəmlinin, Azər Turanın, Azad Qaradərəlinin, Afaq Şıxlının, İlham Tumasın, Ayxan Ayvazın, Nicat Həşimzadənin, Tural Balabəylinin, Günel Mehrinin, Kəmaləddin Qədimin, Xanım İsmayılqızının, Əsmər Bağırovanın və digər tanınmış imza sahiblərinin əsərləri yer alıb”.

Qeyd edək ki, kitabın tərtibçisi Faiq Balabəyli, redaktoru Hüseyn Sözlüdür.

Müstəqil.Az

axar.az

Share: