İşğal xəbərini vermişdi, 28 sonra Qələbə xəbərini verdi

Düz 28 il 6 ay əvvəl Şuşamızın işğalı günü AzTV-də diktor olaraq növbədə və ekranda idim, o günün xəcaləti və kədəri indiyə qədər üstümdə idi.

Müstəqil.Az xəbər verir ki, bu sözləri İTV-nin aparıcısı Nailə İslamzadə sosial media hesabında yazıb.

O, Şuşanın işğaldan azad olunması barədə fikirlərini belə ifadə edib:

“O xəcalət hissini fəxarət hissinə dəyişə bildiyimə görə, Şuşanın işğaldan azad olunması xəbərini Ali Baş Komandandan sonra ilk olaraq efirdə səsləndirdiyimə görə çox xoşbəxtəm. Bu şəraiti mənə yaratdığı üçün İctimai televiziyanın rəhbərliyinə və “Sabaha saxlamayaq” verilişinin kollektivinə minnətdarlığım sonsuzdur”.

Müstəqil.Az

Share: