Afaq Şıxlı Azərbaycan Ordusuna yardım etdi

Moskvada yaşayan, tanınmış şair-tərcüməçi, həkim, AYB və Rusiya Yazıçılar birliyinin üzvü, Prezident təqüdçüsü Afaq Şıxlı Azərbaycan Ordusuna yardım edib.

Müstəqil.Az-a bu haqda şairin qələm dostu Faiq Balabəyli məlumat verib:

Mənim sədri olduğum “Dənizçilərə Sosial Dəstək” İctimai Birliyi mütəmadi olaraq cəbhə bölgəsində olur. Rəşadətli Ordumuzun əsgər və zabitləri ilə görüşlər keçiririk və Birliyin daxili imkanları hesabına zəruri hesab etdiyimiz əşya və geyim növləri ilə kömək oluruq. Ordumuzun təchizatı və təminatı yüksək səviyyədə olduğuna görə bu yardımlara heç də ehtiyac duyulmur. Eyni zamanda dünyanın ayrı-ayrı ölkələrində işləyən, hazırda vətəndən uzaqda olan dənizçilərimizin ailə üzvlərinin alıb qablaşdırdıqları sovqat paylarını, məktəbli övladlarının əsgərlərə yazılan məktublarını da İctimai Birlik olaraq əsgərlərimizə çatdırırıq.

“DSD”İB-liyin bu xeyirxah kompaniyasına  Azərbaycan yazıçıları da dəstək oldu. Tanınmış yazıçı Aləm Kəngərli və onun ailə üzvləri, dostları da ötən həftə “DSD” İB-nə müraciət edərək, əsgərlərə göndərəcəkləri sovqatların ünvanına çatdırılması xahişinə məmmuniyyətlə və minnətdarlıqla qarşlıq vermişdik.

Bu gün Moskvada yaşayan tanınmış şair-tərcüməçi Afaq xanım Şıxlının da əsgərlərimizə göndərdiyi sovqat payı “DSD”İB-yi tərəfindən ünvanına çatdırıldı.

Xatırladım ki, Afaq xanım dünyanın tanınmış yazarlarının əsərlərindən etdiyi və Azərbaycanda dərc olunan tərcümələrinin qonorarının əsgərlər üçün əşyaların alınaqraq göndərilməsi xahişini etmişdi.

Share: