Prezident: “Bəs Cəbrayıla yol çəkirdin, Paşinyan, nə oldu? Hanı bu yol? Cəhənnəmə getdi”

 

“Azərbaycan xalqının qanı yerdə qalmır və qalmayacaq. Son bir ayda Xocalı soyqırımını törədən cinayətkarlar artıq məhv edilib. Ədalət zəfər çaldı”.

Bunu Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev xalqa müraciətində bildirib.

Prezident qeyd edib ki, Azərbaycan xalqı mütləq öz torpaqlarına qayıdacaq:

“Azərbaycanlılar Şuşaya, Xankəndiyə qayıdacaq. Ermənistan əhalisi üçün şərait yaradılır. Yavaş-yavaş bir yerdə yaşamağa öyrənməliyik.

Mənim yanaşmam həm əxlaqa, həm beynəlxalq hüquq normalarına əsaslanır. Ermənistan isə istəyir ki, bizi oradan qovsun, etnik təmizləmə aparsın. Bizim abidələrimizi erməniləşdirsin, xaricdən erməniləri oraya gətirsin.

Bəs Cəbrayıla yol çəkirdin, Paşinyan, nə oldu? Hanı bu yol? Bəs Şuşada parlament binası tikirdin, nə oldu? Cəhənnəmə getdi”.

Share: