Bütün istiqamətlərdə düşmənin müdafiə xətti darmadağın edildi

Qoşunlarımız cəbhənin bütün istiqamətlərində düşmənə ağır zərbələr endirməklə onun müdafiə xəttini darmadağın edib.

Bu barədə Müstəqil.Az  Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat əldə edib.

“Bu gün cəbhənin Xocavənd və Füzuli istiqamətlərində Ermənistan silahlı qüvvələrinin pərən-pərən salınan könüllülərdən ibarət dəstələri və döyüş texnikaları da məhv edilib. Bir müddət sonra bununla bağlı video sübutlar təqdim olunacaq”, – məlumatda qeyd olunub.

Müstəqil.Az

Share: