Hadrutu işğaldan azad edən igidlərimiz – ONLARI SİZ DƏ TANIYIN (FOTO)

Müdafiə Nazirliyi Hadrutun azad edilməsində fədakarlıq edən qəhrəman əsgərlərimiz barədə paylaşım edib.

Müstəqil.AZ sözügedən statusu təqdim edir:

“Azərbaycan əsgəri yeni tarix yazır!

Hadrut qəsəbəsi 1992-ci il oktyabrın 2-dən Ermənistan silahlı qüvvələri tərəfindən işğal olunmuşdu.

Ali Baş Komandanın rəhbərliyi altında şanlı Ordumuzun keçirdiyi uğurlu əks-hücum əməliyyatı nəticəsində Hadrut qəsəbəsi, eyni zamanda, ətraf kəndlər işğaldan azad edildi və ordumuzun tam nəzarətindədir. Azərbaycan Ordusu 28 illik həsrətə son qoydu”.

Hadrut qəsəbəsinin və digər yaşayış məntəqələrimizin işğaldan azad olunmasında fədakarlıq nümayiş etdirən əsgərlərimizdən bir neçəsini təqdim edirik.(Türküstan.info)

Share: