Niaqara şəlaləsi Azərbaycan bayrağının rənglərinə boyandı – Video

Oktyabrın 18-də Kanadanın məşhur Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb.

“Qafqazinfo” xəbər verir ki, bu, 18 Oktyabr – Azərbaycanın Dövlət Müstəqilliyinin 29-cu ildönümü münasibətilə Amerika Orta-Qərb ştatları üzrə Azərbaycan Mərkəzinin səyləri nəticəsində reallaşıb.

Şəlalə axşam saatlarında Azərbaycan bayrağının göy, qırmızı və yaşıl rənglərinə boyanıb.

 

Müstəqil.Az
Share: