Üzü Qarabağa yol alıb gedir, Gedir əllərində zəfər bayrağı!

Əsmər BAĞIROVA

Şəhidim

Köksündə döyünən ürəyə qurban ,
Qarşında baş əyir cahan,şəhidim!
Sinəni düşmənə sipər eylədin ,
Şanlı zəfərinə qurban şəhidim!
Tutduğun yol Mübarizin yoludur,
Şanlı vətən övladının yoludur
Şəhidliyin müqəddəslik zirvəsi
Müqəddəs andına qurban, şəhidim!
Zəfər toxumundan çiçəklər açmış
Ürəyində vətən adlı sevdan var.
Keçdiyin yolların tarixi yazmış
Tökülən qanına qurban, şəhidim !
Şığıyıb qartal tək üstünə çökdün,
Düşmənin bağrını yardın şəhidim !
Qəhrəman dövlətə bir igid oldun ,
Şanlı soyadına qurban, şəhidim!
Boz qurd harayıdır, qanı türk qanı,
Səs salıb aləmə Cəbrayıl şanı.
Bir daha tanıtdın Azərbaycanı
Adına -sanına qurban, şəhidim !

Əsgər anası

Vətənə əmanət oğul böyütdün,
Başın uca olsun, əsgər anası!
Uğrunda canını versə də qurban,
Ağlama,möhkəm ol, əsgər anası!
Vardır ürəyində vətən sevgisi.
Rəşadət göstərir oğlun, ay ana !
Yayılır aləmə qələbə səsi ,
Vətənə müjdəsin verir, ay ana!
Vətən torpaqları əmanətidir
Canıyla, qanıyla qoruyur onu.
Düşmənə geydirib ölüm köynəyi
Önündə başını əydirir, ana !
Üzü Qarabağa yol alıb gedir,
Gedir əllərində zəfər bayrağı!
Gedir ürəyində qələbə əzmi,
Əyilib qürurla öpür torpağı!
Fəxr elə, ay ana, ey ana vətən!
Fəxr elə qəhrəman igidlərinlə!
Fəxr elə vətəni, torpağı sevən ,
Ölümsüz zirvədə şəhidlərinlə!
07.10.2020

Azərbaycan əsgəri

Ali baş komandanın ətrafına toplaşıb
Yumruq kimi birləşdi Azərbaycan əsgəri!
Üçrəngli bayröıyla  zəfərə doğru gedir,
Atılıb döyüşlərə inamla irəliləyir,
Qələbəyə can atır Azərbaycan əsgəri!
Şuşa kövrəlib yaman, Zəngilanım həsrətdə,
Kəlbəcərim, Laçınım boylanır əsarətdə.
Zaman o zaman oldu, qalmayassız qürbətdə!
Atılıb döyüşlərə inamla irəliləyir,
Qələbəyə can atır Azərbaycan əsgəri!
Oxusun xarıbülbül, səslənsin Xanın səsi,
Çallnsın Şuşamızda Qarabağ Şikəstəsi!
Arzusu, istəyi bir,Vətəndir hər kəlməsi!
Atılıb döyüşlərə inamla irəliləyir,
Qələbəyə can atır Azərbaycan əsgəri!
Sancılsın zirvəsinə əzəmətli bayrağım ,
Dalğalansın qoynunda ,sevinsin cənnət bağım,
Səs salsın kaianata azaddır Qarabağım!!!
Arzusu ürəyində inamla irəlləyir,
Qələbəyə can atır Azərbaycan əsgəri!
Qələbəyə can atır Azərbaycan əsgəri!
07.10.2020
 

Yurdum mənim! 

Gözün aydın, Ana Vətən!
Qürurluyam! Fəxr edirəm!
Öz ordumla öyünürəm!
Vətənimin igidləri, əsgərləri
Yaraları sarır gəlir !
Doğma yurdu işğalçıdan
Addım -addım alır, gəlir!
Dalğalansın öz bayrağım
Zirvəsində torpağımın!
Müjdələnsin gözəl Şuşam,
Zəfər çalsın Qarabağım!
Sinəndə güllələr əkdin ,
30 ildir nələr çəkdin!
Alınıbdır qanın, Vətən!
Mübarəkdir şanın Vətən !
Şanlı ordum gərib sinə
Tarix yazır sinəsinə .
Ötür gələcək nəslinə,
Yazılsın dastanın, Vətən!
Share: