Tətil qərarı repetitor fəaliyyətinə aid deyil

“Repetitor xidmətləri fəaliyyətini davam etdirə bilər”.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, bunu Təhsil naziri Emin Əmrullayev deyib.

O bildirib ki, tətil qərarı yalnız məktəblərə aiddir: “Amma bu zaman sanitariya-gigiyena qaydalarına mütləq əməl edilməlidir”.

TƏBİB-in şöbə müdiri Yaqut Qarayeva əlavə edib ki, kurslara gedən şagirdlər üçün də tələblər var: “Bir sinifdə oturan şəxslərin sayına məhdudiyyət var”.

Share: